Dünyanın 1 nömrəli kişi tennisçisi çempionata qatıla bilməyəcək: Vaksin olunmur

Dünyanın 1 nömrəli kişi tennisçisinin "COVID"ə qarşı peyvənd edilməməsinə baxmayaraq, Avstraliya Açıq çempionatında iştirak etmək israrının yaratdığı böhran son mərhələdə sona çatdı.
Bu barədə "Sherg.az" "Sputnik Türkiyə"yə istinadən xəbər verir.
Avstraliyanın immiqrasiya naziri Aleks Havke serb tennisçinin vizasının ikinci dəfə ləğv edildiyini açıqladı. 
Bu o deməkdir ki, dünyanın bir nömrəsi 9 dəfə və son 3 ildə ardıcıl qalib gəldiyi Avstraliya Açıq çempionatına vəsiqə qazanmaya bilər.

Xanlar ƏLİBƏY