"Bavariya"nın futbolçusunda miokardit əlamətləri aşkarlandı

"Bavariya"nın futbolçusunda miokardit əlamətləri aşkarlandı.
"Sherg.az" "Sports.ru"ya istinadən xəbər verir.
"Bavariya"nın baş məşqçisi Yuliyan Naqelsman koronavirusa yoluxmuş müdafiəçi Alfonso Deyvisin vəziyyəti barədə danışıb.
“Alfonso Deyvisdə koronavirusa yoluxduqdan sonra yüngül miokardit (ürək əzələsi iltihabı) əlamətləri var. O, növbəti bir neçə həftədə olan oyunları qaçıracaq, çünki sağalmaq üçün vaxt lazımdır. Miokarditə koronavirusun səbəb olub-olmadığını dəqiq bilmirik. Belə bir ehtimal var. Lakin dəqiq deyil”, - deyə Naqelsman bildirib.
Qeyd edək ki, Alfonso Devis 2018-ci ildən “Bavariya”da çıxış edir.

Xanlar ƏLİBƏY