Rusiyalı döyüşçü, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov koronavirusa yoluxub. "Sherg.az" xəbər verir ki, bu barədə Asian MMA məlumat yayıb.
Məlumata görə, "COVID" testi müsbət çıxan idmançı Sinqapurdakı otel otağında karantinə alınıb. O, "One Championship" çərçivəsində Seyid İzaqaxmayevin döyüşündə iştirak etməyi planlaşdırırdı.
Qeyd edək ki, Nurməhəmmədov yüngül çəkidə UFC çempionu olub. Onun 29 döyüşdə 29 qələbəsi var. Rusiyalı idmançı 2020-ci ilin payızında idmandan getdiyini açıqlayıb.
Xanlar ƏLİBƏY