Uqanda hakimiyyəti 400 min doza koronavirus peyvəndini məhv edib

Uqanda səlahiyyətliləri "Moderna"nın 400 min dozası olan koronavirus peyvəndinin müddəti bitdiyi üçün məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Uqandanın səhiyyə naziri Ceyn Asenq bildirib.

"Moderna" peyvəndi aşağı temperaturda saxlanılır və istifadə etməzdən əvvəl əridilməlidir", - səhiyyə naziri deyib.

Uqanda bu günə qədər 34 milyon dozadan çox peyvənd alıb, onlardan 12,2 milyonu istifadə edilib.