PSJ-nin qapıçısı koronavirusa yoluxub

Fransanın PSJ klubunun qapıçısı Keylor Navas koronavirusa yoluxub.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperin testi pozitiv çıxıb.

Kosta-rikalı oyunçu komandadan təcrid edilib.

Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 17 oyuna çıxıb və 17 qol buraxıb.