Konte tənqid etdi: "Bu, axmaqlıqdır"


"Futbolçuların rifahı haqqında danışmağa davam etmək axmaqlıqdır".

"Sherg.az" "sports.ru"ya istinadən xəbər verir ki, bunu “Tottenhem”in baş məşqçisi Antonio Konte deyib. 

“Futbolçuların rifahından təkcə bu mövsüm deyil, uzun illərdir ki, danışırlar. Ortaya belə bir sual çıxır: "bu illər ərzində nə dəyişib?" heç nə. Futbolçuların rifahı haqqında danışmağa davam etmək axmaqlıqdır və vaxt itkisidir. Başqa mövzuları müzakirə etməyə çalışmalıyıq”, - deyə Konte bildirib.

Xanlar ƏLİBƏY