Dembele "Barselona"nın məşqini buraxdı

"Barselona"nın futbolçusu Usman Dembele komandanın bu günkü məşqini buraxıb. 

Qol.az xəbər verir ki, bu barədə klubun Tvitter hesabı məlumat yayıb. Oyunçunun səhhətində problem olduğu üçün hazırlıq prosesində iştirak etmədiyi bildirilib. 

Qeyd edək ki, Dembele bu il Kataloniya təmsilçisini tərk etmək niyyətindədir. Klub da oyunçunun komandadan getməsini istəyir.