"Çelsi" "Tottenhem"i məğlub edib

İngiltərə Premyer Liqasının XXIII turunda növbəti London derbisi baş tutub.

Apasport.az saytının məlumatına görə, “Çelsi” öz meydanında “Tottenhem”i qəbul edib.

Mükafatlar uğrunda mübarizə aparan meydan sahibləri bu görüşdən qalib ayrılıblar. Hakim Ziyeş və Tyaqo Silvanın ikinci hissədə vurduğu qollar Tomas Tuxelin komandasına üç xal qazandırıb.

Bu qələbədən sonra 24 matça 47 xalı olan “Çelsi” üçüncü sırada qərarlaşıb. 20 görüşdə 36 xal yığan “Tottenhem” 7-cidir.

Qeyd edək ki, Premyer Liqanın lideri “Mançester Siti” 23 görüşdə 57 xal toplayıb.