Mərakeşdəki yarışda Azərbaycandan cəmi üç idmançı yarışacaq

13-15 May tarixlərində Mərakeşin paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, Ümumdünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında üç idmançımız iştirak edəcək.
Qadınların baş məşqçisi Denis Morozovu İrina Zaretskaya (-68 kg) ilə birgə Əminağa Quliyev və Sultan Hüseynov (hər ikisi -60 kg) müşayiət edəcək.

Qeyd edək ki, Rabatda Karate1 Premyer Liqa turnirində 48 ölkədən 238 idmançı mübarizə aparacaq. Nüfuzlu yarışın növbəti mərhələsi 2-4 sentyabr tarixlərində Bakıda keçiriləcək.