Britaniyada müdafiə xərclərini artırmaq təklif edilir

Britaniyanın müdafiə naziri Ben Uolles Baş nazir Boris Consondan 2028-ci ilə qədər hərbi xərcləri və müdafiə büdcəsini artırmağı xahiş edib.

Trend xəbər verir ki, bu barədə "Daily Mail" nazirin müraciətinə istinadla xəbər verir.

Belə ki, Uolles hərbi xərclər üçün ildə əlavə 10 milyard funt-sterlinq istəyir. Bundan əlavə, nazirin hökumət başçısından ölkənin illik müdafiə büdcəsini 2028-ci ilə qədər ÜDM-in 2 faizindən 2,5 faizinə çatdırmağı xahiş edəcəyi gözlənilir.

Nəşr qeyd edir ki, Uolles müraciətində həmçinin Böyük Britaniyanın müdafiə imkanlarında nəzərəçarpacaq çatışmazlıqlar olduğunu, o cümlədən pilotsuz təyyarələrin, pilotların və nüvə sualtı qayıqlarında xidmət edəcək insanların çatışmazlığını iddia edir.