İslamiada: Azərbaycan taekvondoçusu gümüş medalla kifayətlənib - YENİLƏNİB

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 46 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada mərakeşli Sahib Soukania ilə qarşılaşıb.

Rəqibinə 1:22 hesabı ilə uduzan Əkbərova gümüş medalla kifayətlənib.

Bu gün mübarizəyə qoşulan digər taekvondoçular - Taleh Süleymanov (80 kq) və Milad Beiqi Harçeqani (87 kq) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıblar.

16:27

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı məlumat verir ki, 46 kq-da çıxış edən idmançı ən azı gümüş medalı təmin edib.

15:06

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan taekvondoçusu azı bürünc medalı təmin edib.

“Report”un məlumatına görə, Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova (46 kq) yarımfinala çıxmaqla buna nail olub.

Yarımfinal görüşü Bakı vaxtı ilə saat 18:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, dünən Azərbaycan taekvondoçularından Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Həşim Məhəmmədov (58 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.