İslamiada: Azərbaycan qılıncoynadanları 3 medal qazanıblar


Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı qızıl medal uğrunda qarşılaşmada qardaş ölkə təmsilçisi İrina Şçukla üz-üzə gəlib. Rəqibinə uduzan Kaspiroviç 2-ci yerlə kifayətlənib.

Səbinə Kərimova və Valeriya Bolşakova isə bürünc medal qazanıblar.

18:39
Azərbaycanın qadın sablyaçısı Palina Kaspiaroviç Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o yarımfinalda ölkənin digər qılıncoynadanı Səbinə Kərimovaya qalib gəlib. 

Kaspiaroviç finalda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Şçuk isə yarımfinalda Valeriya Bolşakovanı yenib. 

18:00
Azərbaycanın üç qılıncoynadanı Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, qadın sablyaçıların fərdi yarışında Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakova yarımfinala adlayıb.

Bolşakova finala gedən yolda Türkiyə təmsilçisi İrina Şçukla görüşəcək. Kərimova ilə Kaspiaroviç isə bir-birinə rəqib olub.

Yarımfinallar Bakı vaxtı ilə 18:20-də start götürəcək.