92 assist: Kevin de Brüyne Stiven Cerrardın nailiyyətini təkrarlayıb


"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne "Liverpul"un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.

"Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna "Vulverhempton"u 3:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.

Belçikalı oyunçu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada assistlərin sayını 92-yə yüksəldib.

Stiven Cerrard 504, Kevin de Brüyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.

Qeyd edək ki, Kevin de Brüyne 2015-ci ildən "şəhərlilər"in formasını geyinir.