Kavani La Liqada debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

"Valensiya"nın futbolçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, uruqvaylı hücumçu buna "Selta"nı 3:0 hesabı ilə məğlub etdikləri VI tur matçında meydana çıxmaqla nail olub.

Kavani La Liqada debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb. Uruqvaylı forvard 35 yaşlı 215-ci günündə bunu bacarıb.

Təcrübəli futbolçu 2015-ci ildə "Eybar"ın heyətində 35 yaş 174-cü günündə debüt edən Tsema Anibarronu geridə qoyub.