DÇ-2022: Braziliya və Portuqaliya yığmaları mübarizəyə başlayırlar - AFİŞA


Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.

DÇ-2022

24 noyabr

G qrupu

14:00. İsveçrə - Kamerun

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl-Canub” stadionu

23:00. Braziliya - Serbiya

Baş hakim: Alireza Faqani (İran)

“Lusail” stadionu

H qrupu

17:00. Uruqvay - Cənubi Koreya

Baş hakim: Kleman Türpen (Fransa)

“Edyukeyşn Siti” stadionu

20:00. Portuqaliya - Qana

Baş hakim: İsmail Elfat (ABŞ)

“Stadiium 974” arenası.