DÇ-2022: Polşa - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb

Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 39-cu dəqiqədə Pyotr Zelinski Avropa təmsilçisini hesabda önə keçirib.

17:00
Qətərdə keçirilən dünya çempionatında Polşa və Səudiyyə Ərəbistanı yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
16:23
Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Polşa və Səudiyyə Ərəbistanı yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Arkadiuş Milik, Pyotr Zelinski

Səudiyyə Ərəbistanı: Məhəmməd Əl-Ovais (q), Saud Abdulhamid, Abdulela Əl-Əmri, Məhəmməd Əl-Burayk, Əli Al Boleahi, Firas Əl-Buraykan, Salem Əl-Dosari, Abdulela Əl-Malki, Sami Əl-Naci, Saleh Əl-Şəhri, Məhəmməd Kanno

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.