Gürcüstanın şahmat əfsanəsi növbəti dəfə dünya çempionu olub

Şahmat dünyasının əfsanəsi Nona Qaprindaşvili İtaliyada keçirilən böyüklər (+65) arasında şahmat üzrə dünya çempionatının qalibi olub.

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Şahmat Federasiyası məlumat yayıb.

Məlumata əsasən, Qaprindaşvili bu qələbəsi ilə səkkizinci dəfə şahmat üzrə veteran dünya çempionu adını qazanıb.

Qeyd edək ki, Gürcüstanın şahmat əfsanəsi həm də on bir şahmat olimpiadasının qalibi və klassik şahmat üzrə beşqat dünya çempionudur.