"Beşiktaş"ın yeni baş məşqçisi Fernando Santosun bu axşam İstanbula gələcəyi gözlənilir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Qara -qartallar” sabah Tüpraş stadionunda keçiriləcək imza mərasimi ilə portuqaliyalı çalışdırıcının transferini rəsmiləşdirəcək.
"Beşiktaş" Rıza Çalımbayın boşaltdığı baş məşqçi postuna Fernando Santosun təyin edildiyini açıqlayıb.
2014-cü ildən Portuqaliya və Polşa millilərini çalışdıran Santosun bu axşam İstanbula gələcəyi gözlənilir.