Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi ilə bağlı iddialara aydınlıq gəlib.
AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, yaxın günlərdə AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar olmayıb.
”Bizim Türkiyə Futbol Federasiyasına (TFF) matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyimiz səhv məlumatdır. Türkiyə qardaş ölkədir və biz bilirik ki, Azərbaycanda Türkiyə futbolunun, klublarının nə qədər azarkeşi var. Onlar necə sevilir. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, deyə qurumdan bildirilib.
Qeyd edək ki, Türkiyə mətbuatında Superkubok matçının Azərbaycanda keçirilməsi üçün danışıqlar aparıldığı haqda iddialar yayılıb.
#
ApaSport