PFL prezidentinin son durumu açıqlanıb

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun son durumu açıqlanıb.
Bu barədə "Report"a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O, qurumun rəhbərinin yanvarın 8-dəki əməliyyatının uğurlu alındığını söyləyib: "Hər şey daha yaxşı olacaq. Sadəcə, zamana ehtiyac var. Yavaş-yavaş bərpa ediləcək".
Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin bərpa prosesi keçdiyini bildirib. O, öz durumunun da yaxşı olduğunu və artıq iki gündür işə çıxdığını sözlərinə əlavə edib.
Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.