"Evləndiyim qadın sosial şəbəkədə olmayacaq"- Ulduz futbolçu Aişəni tapdı

Dünyaca məşhur ulduz futbolçu Sadio Mane nəhayət ki, özündən 13 yaş kiçik Aişə Tamba ilə ailə qurub.
Sherg.az xəbər verir ki, Seneqallı ulduz Sadio Mane 2 ilə yaxındır birlikdə olduğu Aisha Tamba (18) ilə evliliyə qədəm qoyub.
Toyda Manenin yaxın dostları, ailəsi və Seneqal Milli Komandasının oyunçuları iştirak edib.

Mane 2022-ci ildə evlənmək istədiyi şəxslə bağlı bu açıqlamaları verib:

"Bir çox qızların məndən "niyə evlənmirəm" deyə soruşduğunu görmüşəm, amma üzr istəyirəm ki, vaxtınızı boşa xərcləyirsiniz. Evləndiyim qadın sosial şəbəkədə olmayacaq. Allaha hörmət edən, yaxşı dua edən qadınla evlənmək istəyirəm.. Hər kəsin öz sevgi seçimini etmək hüququ var."

Seneqalın Casamance bölgəsində böyüyən və memar qızı olan Ayşənin ölkəsində məktəb xərclərini Manenin qarşıladığı iddia edilib.

"Liverpul" və "Bavariya" kimi dünya nəhənglərində çıxış edən 31 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nassr" komandasında davam etdirir.

Turan