Türkiyə Super Liqasında əcnəbi futbolçularla bağlı yeni qayda tətbiq ediləcək.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytında açıqlama yayıb.
Qərara görə, 2024/25 mövsümündən etibarən transfer edilən əcnəbilərin sayı 14-dən 12-yə endiriləcək. 3 mövsümdən sonra bu rəqəm 11 olacaq.
Digər bir qərara görə, qarşılaşma günü əcnəbi futbolçularla bağlı məhdudiyyət qoyulmayacaq. Əsas komanda siyahısına yazılacaq oyunçuların sayı 30-dan 26-ya endiriləcək.