"Çelsi" hücumçu Fofananı  icarəyə verib

İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi" Fil Dişi Sahilinin mərkəz hücumçusu David Datro Fofananı mövsümün sonuna qədər "Bernli"yə icarəyə verib.

Sherg.az xəbər verir ki, ötən ilin yanvarında "Çelsi"nin Norveç təmsilçisi "Molde"dən transfer etdiyi və 6 illik müqavilə imzalayan 21 yaşlı Fofana paytaxt təmsilçisinin heyətində cəmi 4 matçda meydana çıxmaq şansı qazanıb.

Fofana ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Union Berlin" komandasında keçirib.