“Panatinaikos” azarkeşləri səfər oyunundan qayıdan Terimi və yetirmələrini məşəllərlə qarşılayıblar
Yunanıstan kubokunun son 16 turunda “Olimpiakos”u penaltilər seriyasında 7:6 hesabı ilə məğlub edən “Panatinaikos” 1/4 finala yüksəlib. Bu hesabla Fatih Terim "Panatinaikos"un baş məşqçisi olduğu ilk 5 rəsmi matçda məğlubiyyət yaşamayıb.
Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” Yunanıstan kubokunun son 16 turunun cavab oyununda “Olimpiakosu” 7:6 hesabı ilə məğlub edərək 1/1 finala yüksəlib. Georgios Karaiskakis stadionunda keçirilən matçın 90 dəqiqəlik hissəsi qolsuz bərabərliklə yekunlaşıb.
Əlavə vaxtların heç birində qol vurulmadığından qarşılaşma penaltilər seriyasına keçib.
“Panatinaikos”da Mladenoviç, "Olimpiakos"da isə Karvalyo və Kamara penaltilər seriyasında qol vura bilməyən adlardı. Penaltilər seriyası nəticəsində rəqibi üzərində 7-6 üstünlüyə malik olan "yaşıl-ağlılar" əzəli rəqibini kubokdan kənarlaşdıraraq, 1/4 finala vəsiqəni də əldə edib.
“Panatinaikos” azarkeşləri səfər oyunundan qayıdan Terimi və yetirmələrini məşəllərlə qarşılayıblar.