Super Liqanın 21-ci həftəsində "Pendikspor"a 4:0 hesabı ilə uduzan "Beşiktaş"da məyusluq yaşanır.
Sherg.az xəbər verir ki, Cenk Tosun acı məğlubiyyətdən danışıb. Qarşılaşmanı dəyərləndirən təcrübəli hücumçu qısa açıqlama verib:
"Yaxşı başladıq. Bu bizə yaraşmayan oyun və qəbuledilməz nəticədir. Bunun bizə yaraşmadığını bilirik. Ən qısa zamanda bu matçı unudub, bütün diqqətimizi "Adana Dəmirspor" matçına yönəldəcəyik. Azarkeşlərimizdən üzr istəyirik”.