"Real Madrid"in Arda Gülər planı açıqlanıb

“Real Madrid”də oynamaq şansı çox olmayan Arda Gülərin mövsümün sonuna kimi başqa komandaya icarəyə göndərilə biləcəyi irəli sürülüb. İspaniya mətbuatında yer alan xəbərlərdə bu qərarın milli futbolçunun özünə ritm tapması üçün verilə biləcəyi qeyd edilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, mövsümün əvvəlində "Real Madrid"ə transfer olunan və zədələrlə mübarizə aparan Arda Gülər ​​ilk dəfə İspaniya Kral Kuboku çərçivəsində "Arandina" ilə matçda bənövşəyi-ağ rəngli forma geyinib.


Bununla belə, baş məşqçi Karlo Ançelottinin kubok matçı istisna olmaqla, bütün matçlarda hücum zonasında eyni oyunçularla çıxış etdiyi görünüb.

Nəhayət, liqanın sonuncusu olan "Almeriya" ilə qarşılaşmada isinməyə gedən Arda oyuna daxil edilməyəcəyini anlayan zaman ehtiyat oyunçular skamyasına doğru hərəkət edərək isinmə jiletini yerə ataraq Ancelottiyə reaksiya verib.

İspaniya mətbuatı "Sport"un xəbərinə görə, Arda Gülərin ritm tapa bilməsi üçün mövsümün sonuna qədər icarəyə göndərilməsi ehtimalının olduğu irəli sürülüb.