La Liqa komandirlərindən olan "Sevilya" ilə müqaviləsi mövsümün sonunda başlayacaq İvan Rakitiçin karyerasında yeni səhifə açmağa hazırlaşdığı iddia edilib. İspaniya mətbuatında yer alan xəbərə görə; İvan Rakitiç "Sevilya" ilə müqaviləni qarşılıqlı ləğv etməyə razılaşıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İvan Rakitiçin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gəldiyi bildirilib. Xorvatiyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl Şabab” komandası ilə müqavilə imzaladığı bildirilib.
İvan Rakitiç bu mövsüm “Sevilya”nın heyətində 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.