Son iki mövsümün çempionu olan "Qalatasaray" yeni rekordlara hazırlaşır.
Sherg.az xəbər veir ki, 2022-23 mövsümündə ardıcıl 14 qələbə qazanan və ötən mövsüm ardıcıl 17 matçda qalib gələrək qalibiyyət rekordu qıran "sarı-qırmızılılar" 102 xalla çempion olublar.
Bu mövsüm 11 matçda 31 xal toplayan "Qalatasaray" beynəlxalq oyunlardan sonra səfərdə "Bodrum FK"-nı məğlub etsə, Super Liqa tarixinin ən yaxşı startını etmiş olacaq.
Ötən mövsüm 11 həftədə 31 xal toplayan “sarı-qırmızılar” 12-ci matçında “Hatayspor”a uduzub.
Həmin vaxt “Hatayspor”u çalışdıran Volkan Dəmirəl bu mövsüm "Bordum FK"-nın çalışdırıcısı kimi “Qalatasaray”la yarışacaq.