MOİK klubunun rəhbəri dəyişir

Yaxın vaxtlarda Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbəri dəyişəcək.
Sport24.az-ın əldə etdiyi məlumata görə, hazırkı rəis, polkovnik-leytenant Ramiq Orucov ən geci 2025-ci ilin yanvarında postundan gedəcək.

Onun yerinə isə Vüqar Əhmədov təyin olunacaq.

Qeyd edək ki, Orucov 2021-ci ildə MOİK-in rəisi təyin olunmuşdu.