Mbappedən zorlama ittihamına REAKSİYA

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe zorlamada ittiham olunması barədə danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Canal+” məlumat yayıb.

Məlumata görə, futbolçu ittihamla bağlı təəccübləndiyini etiraf edib.

“Gözləmədiyiniz şeylər var. Mən heç nə almadım, çağırış da etmədim. Hamı kimi mən də eyni şeyi oxuyurdum. İsveç hökuməti heç nə deməyib. Məni narahat etmir. Sadəcə bir anlaşılmazlıqdır. Bu məni narahat etmədi, niyyətim işimə diqqət yetirmək və bunun harada bitdiyini görməkdir” - futbolçu deyib .

Qeyd edək ki, Mbappe Stokholmdakı oteldə törədilən zorlamada şübhəli bilinir. Futbolçunun özü bu ittihamları saxta adlandırıb.