"Fənərbağça" Türkiyə Kubokunda pley-off mərhələsinə yüksəlib

"Fənərbağça" Türkiyə Kubokunda növbəti qələbəsini qazanaraq pley-off mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi B qrupunun III turunda "Qaziantepspor"un qonağı olub.

Qarşılaşma "sarı-lacıvərdlilər"in qalibiyyəti ilə bitib - 4:1. İstanbul təmsilçisinin heyətində Anderson Talişka (17, 27), Yussef En-Neseri (23) və Filip Kostiç (83) fərqləniblər.

Meydan sahiblərinin yeganə qolunu isə 75-ci dəqiqədə Anel Husic vurub.

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 9 xalla qrupu lider kimi başa vuraraq pley-offa adlayıb.