Mourinyo 2 futbolçu ilə yollarını ayırır: Onlar yeni mövsümdə olmayacaqlar

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo növbəti mövsüm üçün heyəti planlaşdırmağa başlayıb.

Sherg.az xəbər verir ki, İspaniyanın "AS" qəzetində yer alan xəbərə görə; Mourinyo Edin Dzeko və Duşan Tadiçi növbəti mövsüm üçün planlarında hesab etmir. Hər iki futbolçunun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

 
Xəbərdə təcrübəli çalışdırıcının Türkiyə kubokunu qazanacağı təqdirdə müqaviləsinin 2028-ci ilə qədər uzadılacağı da iddia edilib.

Tadiç bu mövsüm "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 43 matça çıxıb, 11 qol vurub, 15 məhsuldar ötürmə edib. 


Dzeko bu mövsüm "sarı-göy" formada ümumilikdə 43 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.