Ançelotti Braziliya millisi ilə bağlı iddialara cavab verib

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdırmaq üçün danışıqlar apardığına dair xəbərləri təkzib edib.

Sherg.az xəbər verir ki, Ançelotti La Liqanın 29-cu turu çərçivəsində sabah Santiaqo Bernabeu stadionunda "Leqanes" ilə keçiriləcək oyundan əvvəl mətbuat konfransında danışıb. Təcrübəli çalışdırıcıya müxbirin "Braziliya millisini götürəcəksinizmi?" sualına cavab verib ki, hazırda “Real Madrid”də işləyir və ancaq klubun uğurları üçün mübarizə aparır:

"Braziliyanı yüksək qiymətləndirirəm, lakin son günlər Braziliya Futbol Federasiyası ilə aramda heç bir əlaqə olmayıb. Mənim müqaviləm var və yeganə məqsədim "Real Madrid"lə kuboklar qazanmaqdır. Hazırda klubla vacib hədəflərimiz var". 

65 yaşlı təcrübəli məşqçi "Real Madrid"in heyətində üç Çempionlar Liqası, UEFA Superkuboku və iki FİFA Klublararası Dünya Çempionatı, La Liqa, İspaniya Kral Kuboku və İspaniya Superkubokunun qalibi olub.