AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
Yusif Nəzərli
15:06 11.04.2025
İdman
460
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, qurumun prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İcraiyyə Komitəsini üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Yığmanın oyununun və nəticələrinin qənaətbəxş olmadığı vurğulanıb.
R.Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere İcraiyyə Komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın XXVIII turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib. Frank De Blekere mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib. AFFA Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq, müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm