Azərbaycan Kubokunda məyusedici hadisə
Yusif Nəzərli
15:33 03.12.2024
İdman
493
Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı üzücü hadisə yaşanıb.
QOL.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində meydan sahibi komandasının müdafiəçisi Denis Marandiçi ağır zədə alıb. Hadisə “Sabah”ın hücumu zamanı baş verib. Bakı təmsilçisinin kapitanı Pavol Safrankonun rəqibin cərimə meydançasında qüvvətli zərbəsi topa deyil, təhlükəli vəziyyəti uzaqlaşdırmaq istəyən Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.
Bu zaman moldovalı futbolçu yerə uzanıb və onun şiddətli ağrının təsirindən bağırtısı teleekran başından belə eşidilib.
Dərhal meydana təcili tibbi yardım maşını daxil olub və Marandiçi xəstəxanaya aparılıb.
İstəməyərəkdən rəqibin ayağına zərbə endirən slovakiyalı Safranko isə həmin anda çox məyus olub. O, bunu hətta dizlərini yerə qoymaqla da ifadə edib. Bu zaman ona komanda yoldaşları dəstək veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya