Azərbaycanda yeddi idmançının medalı əlindən alındı
11:51 10.09.2020
İdman
1119
Antidopinq qayda pozuntusunu törətmiş və barəsində idmandan uzaqlaşdırılma qərarı qüvvəyə minən bütün idmançıların dopinq nəzarətinin keçirildiyi zaman əldə etdiyi nəticələr ləğv ediləcək və müvafiq olaraq medalları geri alınacaq.
Azərbaycan Milli Anti-Dopinq Agentliyindən (AMADA) Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, onların əvəzinə həmin nəticəyə avtomatik nail olmuş idmancıların yerləri bərpa edilməli və müvafiq medallar təqdim edilməlidir.
Ötən il beş idman növü üzrə beş yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) yeddi idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb və onların barəsində sanksiya tətbiq olunması ilə bağlı qərar qüvvəyə minib. Həmin idmançıların nəticələrinin ləğv edilməsi (mükafatçılar sırasında olduqları halda medalların geri alınması daxil olmaqla) barədə müvafiq respublika idman federasiyaları məlumatlandırılıb.
Həmin idman federasiyalarından AMADA-ya bildirilib ki, qaldırılan məsələ ilə bağlı müvafiq tədbirlər görülüb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:
• Həsənbəy Həsənzadə (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – I yer
• Vasif Səfərov (+109 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer
• Orxan Zeynalov (-81 kq). 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı – II yer
• Vüqar Şirinov (-52 kq). 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku – I yer
• Aliyə Müslümova (-78 kq). 2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi – II yer
• Jalə Bayramova. 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı – I yer
• Kamran Orucov (-63 kq). 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol