Azərbaycanla ABŞ arasında şahmat tərəfdaşlığı qurulur
Yusif Nəzərli
04:31 10.05.2025
İdman
514
ABŞ və Azərbaycan arasında şahmat sahəsində əməkdaşlıq məqsədilə Vüqar Həşimov Şahmat Akademiyası ilə San Dieoqonun La Xoya Məktəbi arasında tərəfdaşlıq sazişi imzalanıb.
AZƏRTAC-ın məlumatına görə, Şahmat Akademiyasının prezidenti Sərxan Həşimovun iştirakı ilə San Dieqo Dövlət Universitetində baş tutmuş imzalanma mərasimindən sonra adıçəkilən ali təhsil müəssisəsində ilk dəfə olaraq Azərbaycan Günü tədbiri keçirilib. Universitetin təşkilati dəstəyi və azərbaycanlı tələbə Vaqif Qiyaslının iştirakı ilə baş tutan tədbir müxtəlif ölkələrdən olan iştirakçılara Azərbaycanın zəngin tarixini, mədəniyyətini, musiqisini və mətbəxini daha yaxından tanıtmaq imkanı yaradıb.
Təqdimat zamanı iştirakçılar Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti, Ümummilli Lider Heydər Əliyevin müasir dövlətçiliyimizdə aparıcı rolu, Prezident İlham Əliyevin apardığı siyasət və təşəbbüslərlə tanış olublar.
Baş Konsul Vüqar Qurbanov ölkəmizin mültiluıturalizm sahəsində nümunəvi dövlət olduğunu vurğulayıb, ölkəmizin regionun inkişafında həlledici rolunu qeyd edib və iştirakçıları ölkəmizlə daha yaxından tanış olmağa dəvət edib.
San Dieqo Dövlət Universitetinin prezidenti Adela de la Torre, beynəlxalq əməkdaşlıq üzrə vitse-prezident Kristina Alfaro və idarə heyətinin digər üzvləri ilə görüşdə Azərbaycanla təhsil sahəsində əlaqələr və mümkün əməkdaşlıq müzakirə olunub.
San Dieqonun KUSİ TV televiziya kanalında canlı yayıma qatılan baş konsul Vüqar Qurbanov və qrosmeyster Vasif Durarbəyli Azərbaycanla bağlı məlumat verib, ölkəmiz haqqında sualları cavablandırıblar.
Bundan başqa, San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə 7-ci şahmat turniri keçirilib.
Koronado kitabxanasında təşkil olunan San-Dieqo - Azərbaycan gənclərarası şahmat turnirində 8-18 yaş arasında 40 amerikalı şahmatçı mübarizə aparıb.
İlk üç yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, həmçinin bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər təqdim olunub.
Turnirin iştirakçılarına Azərbaycan, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur Azərbaycanlı şahmatçılar barədə məlumat verilib. Fəxri qonaq qismində tədbirə qatılan qrosmeyster Vasif Durarbəyli San Dieqolu gənc şahmatçılara məsləhətlər verib.
Sadalanan tədbirlərdən başqa, San Dieqonun Müqəddəs Aqustin məktəbində keçirilmiş qəbulda adıçəkilən şəhərin ictimai və siyasi xadimləri Azərbaycanla bağlı məlumatlandırılıb və ölkəmizin turizm imkanlarını özündə əks etdirən video təqdim olunub.
Silsilə tədbirlərin davamı olaraq Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda qrosmeyster Vasif Dürarbəylinin iştirakı ilə şahmat həvəskarları üçün görüş təşkil edilib. Los Ancelesdə yaşayan həmvətənlərimizə ölkəmizdə şahmatın inkişafı tarixi, Ümummilli Lider Heydər Əliyevin şahmatın inkişafına verdiyi töhfə və əvəzolunmaz dəstək barədə təqdimat edilib.
Daha sonra qısa ustad dərsi verən V.Durarbəyli şahmat həvəskarları ilə yoldaşlıq oyunları keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil