"Barselona"ya texniki məğlubiyyət verilə bilər
Yusif Nəzərli
18:56 28.03.2025
İdman
368
“Osasuna” futbol klubu İspaniya çempionatının 27-ci turunda "Barselona" ilə oyunun nəticələrindən sonra Beynəlxalq Futbol Federasiyasının (FİFA) reqlamentinin mümkün pozulması ilə əlaqədar apelyasiya şikayəti verib.
“Report” xəbər verir ki, bu barədə "Osasuna"nın mətbuat xidmətindən bildirilib.
Klub hesab edir ki, kataloniyalı müdafiəçi İniqo Martinez millidən qayıtdıqdan sonra bu görüşdə iştirak etmək hüququ olmayıb.
Qeyd edək ki, 33 yaşlı Martinez zədə səbəbindən İspaniya millisinin heyətinə daxil edilməyib və Millətlər Liqasının 1/4 final mərhələsinin martın 20-də və 23-də baş tutan matçlarında Niderlandla oynamayıb. Martın 27-də isə" Osasuna" ilə matçda (3:0) bütün 90 dəqiqəni meydanda keçirib.
Martın 17-də İspaniya Kral Futbol Federasiyası (RFEF) Martinesin tibbi səbəblərə görə milli komandadan ayrıldığını açıqlayıb. FİFA qaydalarına əsasən, milli komandanı tərk edən və ya tibbi səbəblərə görə ona qoşulmayan futbolçu beynəlxalq fasilə bitdikdən sonra ən azı beş gün klubda oynaya bilməz. Beynəlxalq fasilə martın 23-də başa çatıb.
"Osasuna" hesab edir ki, bu halda FİFA reqlamentinin icazə verdiyi qaydalara istisnalar tətbiq etmək mümkün deyil. Çünki Martinezin milli komandadan kənarlaşdırılmasının səbəbi tibbi problem olub. Apellyasiya şikayəti təmin olunarsa, "Barselona"ya texniki məğlubiyyət verilə bilər.
"Osasuna" 28 oyundan 33 xalla ölkə çempionatının turnir cədvəlində 14-cü yerdədir. Turnir cədvəlinə 28 oyundan sonra 63 xalla "Barselona" başçılıq edir. "Osasuna"nın növbəti oyunu "Atletik"lə səfərdə, "Barselona" isə evdə "Jirona" ilə qarşılaşacaq. Hər iki görüş martın 30-da baş tutacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi