"Beşiktaş" Türkiyə Kubokunda pley-off mərhələsinə yüksəlib

"Beşiktaş" Türkiyə Kubokunda növbəti qələbəsini qazanaraq pley-off mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi D qrupunun III turunda "Antalyaspor"un qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın qalibiyyəti ilə bitib - 2:1. İstanbul təmsilçisinin heyətində Keni Arroyo (10) və Rafa Silva (76) fərqləniblər.

Meydan sahiblərinin yeganə qolunu isə 64-cü dəqiqədə Deni Miloşeviç vurub.

Qeyd edək ki, bu nəticədən sonra "Beşiktaş" 9 xalla qrupu lider kimi başa vuraraq pley-offa adlayıb.