“Borussiya Dortmund” ardıcıl üçüncü oyunda heç-heçə edib
Yusif Nəzərli
22:47 15.12.2024
İdman
424
Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 14-cü turuna üç oyunla yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün əsas oyunu çempionatda üçüncü və dördüncü pillələrdə yer alan “Ayntraxt Frankurt” və “Leytsiq” komandaları arasında keçirilib. Görüşdə “Leyptsiq” Frankfurt təmsilçisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Doğma meydanda “Hoffenhaym”ın müqavimətini qıra bilməyən “Borussiya Dortmund” ardıcıl üçüncü dəfə heç-heçə edib – 1:1.
“Ştutqart” isə səfərdə “Haydenhaym”a 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, turun ötən gün oynanılan görüşlərində “Bavariya” səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzaraq bu mövsüm Bundesliqada ilk məğlubiyyətini yaşayıb. Digər qarşılaşmalarda “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib. Turun dekabrın 13-də oynanılan açılış matçında isə “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.
Beləliklə, 14 turdan sonra “Bavariya” 33 xalla Bundesliqada liderliyi davam etdirir. Bu turda məğlub olan “Ayntraxt Frankfurt” (27 xal) ikinci pillədəki yerini aktivində 29 xal olan “Bayer Leverkuzen”ə təhvil verməli olub. Bu turdakı qələbə 27 xalı olan “Leyptsiq”in mövqeyinə təsir etməyib. Komanda dördüncü sırada qərarlaşıb. “Frayburq” 24 xalla beşinci, “Ştutqart” (23 xal) altıncı, “Maynts 05” (22 xal) yeddinci, “Borussiya Dortmund” isə 22 xalla səkkizinci pillədə yer alıb.
Bundesliqanın 15-ci turunun oyunları dekabrın 20-22-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm