Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

Bundesliqanın 22-ci turunun mərkəzi qarşılaşması çempionatın zirvəsində qərarlaşan komandalar - “Bavariya” ilə “Bayer Leverkuzen” arasında keçirilib.

AZƏRTAC xəbər verir ki, Leverkuzendə maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb - 0:0. Bu hesabdan sonra lider “Bavariya” xallarının sayını 55-ə çatdırıb. Ondan bir xal geri qalan “Borussiya Dortmund”un hesabında 47 xal var.

Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Ştutqart” - “Volfsburq” - 1:2

“Union Berlin” - “Münxenqladbax” - 1:2

“Boxum” - “Borussiya Dortmund” - 2:0

“St Pauli” - “Frayburq” - 0:1.

Qeyd edək ki, bu turun ötən gün baş tutan ilk oyununda “Auqsburq” ev oyununda “Leyptsiq” ilə qolsuz heç-heçə edib.

Tura fevralın 17-də keçiriləcək aşağıdakı görüşlərlə yekun vurulacaq:

“Verder Bremen” - “Hoffenhaym”, “Ayntraxt Frankfurt” - “Holştayn Kiel”, “Haydenhaym” - “Maynts”.