Fatih Terim koronavirusdan tamamilə sağaldı
19:09 15.04.2020
İdman
890
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi də mənfi çıxıb.
"Report"un "NTV Spor"a istinadən məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis özü məlumat verib.
Baş məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb.
F.Terim bildirib ki, virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazırdır: "Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".
Təcrübəli mütəxəssis insanları virusa qeyri-ciddi yanaşmamağa çağırıb: "Bəlkə də, bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Canımızdan başqa, hər şeyin yerini doldurmaq mümkündür. Ona görə də özünüzə, sevdiklərinə yaxşı baxın. "Mənə heç nə olmaz" deməyin. Bütün xəbərdarlıqları ciddiyə alın".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və klub rəsmisi Yusuf Günay koronavirusa qalib gəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual