"Galatasaray" TFF prezidenti İbrahim Hacıosmanoğlunun istefasını tələb edir
Yusif Nəzərli
05:10 06.12.2024
İdman
392
Son günlər Türkiyə futbolunda təzyiq artaraq davam edir.
Apasport.az xəbər verir ki, çempionatın son turunda "Qalatasaray"ın doğma meydanda "Eyüpspor"la qarşılaşmada xal itirməsi "sarı-qırmızılı"lar tərəfindən həmin matçdakı hakim səhvləri ilə əlaqələndirilib.
Matçdan sonra bu barədə açıqlamalar verən baş məşqçi Okan Buruk və klub prezidenti Dursun Özbek gözlənilməz reaksiya ilə qarşılaşıblar.
Belə ki, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu "Qalatasaray" əleyhinə çox sərt və qəribə açıqlamalar verib. Hacıosmamoğlu bu söz-söhbətlərin mənasız olduğunu dilə gətirərək bundan sonrakı ittihamlarda əvvəlki TFF prezidentləri kimi səssiz qalmayacağını, cavabı prezident kimi yox, şəxsən verəcəyini bildirib. "Qalatasaray"ın ədalətdizliyə qarşı çıxmasını absurd hesab edən prezident geridə qalan turlarda uğurlu nəticələrin necə əldə olunduğunu sorğulayıb. Bu isə "Qalatasaray"ın səbirini daşıran son damla olub.
Davamında klubdan bu məsələ ilə bağlı açıqlamalar verilib. Açıqlamada TFF prezidentini tərəfkeşliklə günahlandıran "cimbom" onu dərhal istefaya dəvət edib.
Klub prezidenti Dursun Özbek də öz növbəsində İbrahim Hacıosmanoğlunun bundan sonra Türkiyə futboluna fayda verə bilməyəcəyini, bir nəfərin əsiri olduğunu (bax: Ali Koç), "Qalatasaray"a və onun prezidentinə qarşı hörmətsizlik etdiyini bildirib.
Bundan sonra Türkiyə futbolunda baş verəcək proses ictimaiyyət tərəfindən maraqla gözlənilir.
Qeyd edək ki, hakimin bir sıra mübahisəli qərarı ilə yadda qalan "Qalatasaray" - "Eyüpspor" matçı 2:2-lik bərabərliklə başa çatmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya