Olimpiya çempionu müflis oldu, daşınan evdə yaşayır
Yusif Nəzərli
15:12 21.04.2025
İdman
458
2004-cü il Afina Yay Olimpiya Oyunlarının atletika üzrə qızıl medalçısı Karolina Klüft biznesinin iflası və elektrik enerjisinin bahalaşması səbəbindən mobil evdə yaşamağa məcbur qalıb.
Teleqraf xəbər verir ki, bu barədə isveçli qadın idmançı “Expressen” qəzetinə açıqlamasında bildirib.
2012-ci ildə karyerasını bitirən Klüft 2018-ci ildə ailəsi ilə birlikdə fermaya sərmayə qoyaraq onu otelə çevirib və ora köçüb. Biznes 2024-cü ildə müflis olub.
"Əslində çox kədərlidir. Biz kifayət qədər sərmayə qoymuş, çox şeyi yenidən qurmuşduq. Sonra Rusiya - Ukrayna müharibəsi başladı və bununla da hər şey dəyişdi - inflyasiya, yüksək faiz dərəcələri və elektrik enerjisinin qiyməti. İflasdan qaçmaq üçün əlimizdən gələni etdik, son ana qədər biznesi xilas etməyə çalışdıq. Təəssüf ki, biznesimizin üzərindən bir xətt çəkməli olduq. Müharibə olmasaydı, yəqin ki, bunlar baş verməyəcəkdi. Həqiqətən də üzücüdür. Otelin potensialı böyük idi və ora gələn hər kəsin xoşuna gəlirdi. Amma "aşağı mövsümdə" qonaqlarımız çox olmurdu", - deyə Klüft vurğulayıb.
Qeyd edək ki, hazırda 42 yaşında olan Klüft həm də üçqat dünya, həm qapalı, həm də açıq məkanda ikiqat Avropa çempionudur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə