Premyer Liqa: “Turan Tovuz” autsayderi məğlub edə bilmədi
Yusif Nəzərli
15:40 05.04.2025
İdman
473
Azərbaycan Premyer Liqasının XXIX turun açılış günündə “Səbail” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “ASCO Arena”da baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmanın 19-cu dəqiqəsində Rüfət Əhmədov zədələndiyi üçün meydanı tərk edib. Yerinə Veysəl Rzayev daxil olub.
Tovuz təmsilçisi “gəmiçilər”lə üz-üzə gəldiyi bütün matçlarda qol vursa da, bu dəfə alınmayıb. “Səbail” artıq 6-cı görüşdür ki, sözügedən rəqibə qol vura bilməyib.
"Turan Tovuz"un qələbəsiz oyunlar seriyası 5-ə çatıb.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 44 xalla 4-cü, Elvin Məmmədovun komandası isə 20 xalla sonuncudur.
Qeyd edək ki, turun digər oyunları 6-7 aprel tarixlərində keçiriləcək. “Sabah” “Kəpəz”i, “Qarabağ” “Zirə”ni, “Şamaxı” “Neftçi”ni, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı qonaq edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat