“Qarabağ” 1 milyon avroluq hücumçunu almaq istəyində
Yusif Nəzərli
03:42 02.07.2025
İdman
315
“Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir legionerin adı bəlli olub.
Hücumçu axtarışında olan ağdamlılar Andre Klovisi transfer etməyə çalışır.
Sportinfo.az xəbər verir ki, çempionumuzun növbəti hədəfi də Portuqaliyada oynayır.
Bu ölkədən xeyli legioner transfer etmiş “Qarabağ” indi də diqqətini “Akademika”nın üzvünə yönəldib.
27 yaşlı mərkəz hücumçusu 3 ildir Vizau klubunda çıxış edir. O, “Eştoril”dən bir müddət icarəyə götürülüb, daha sonra 1,2 milyon avroya birdəfəlik transfer edilib.
Portuqaliyada “Leyşoeş”in də formasını geyən Klovis, Braziliya “İnternasional”ının yetirməsidir.
Ötən mövsüm 33 oyunda 7 qol vuran "sambaçı" karyerası ərzində 195 matça 71 dəfə fərqlənib.
Vizaulularla bir illik müqaviləsi qalan Andrenin hazırkı bazar dəyəri bir milyon avrodur. Hazırda “Qarabağ” bu məbləği azaltmaq üçün danışıqlar aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm