"Qarabağ" klubların UEFA reytinqində geriləyib
Yusif Nəzərli
12:35 15.12.2024
İdman
381
UEFA klublar reytinqinin yenilənmiş siyahısı açıqlanıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının son oyun turları bəzi dəyişikliklərə səbəb olub.
Milli.Az Azərbaycanın çempionu "Qarabağ" reytinqdə bir pillə geriləyib. Səfərdə İsveçin "Elfsborq" klubuna 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi 32,000 xalla 63-64-cü yerləri bölüşür.
Belçikanın "Yunion" klubu Konfrans Liqasında "Nitsa" üzərində 2:1 hesablı qələbə qazanaraq xalını 33,000-ə yüksəldib və "Qarabağ"ı geridə qoyub. İngiltərənin "Aston Villa" klubu isə xalını 32,000-ə çatdıraraq Ağdam klubuna şərik olub.
Azərbaycanın digər klublarına gəldikdə, "Neftçi" 8,000 xalla 177-ci yeri bölüşür. "Zirə", "Sabah" və "Sumqayıt" 4,000 xalla 310-cu yerdədir. "Qəbələ" və "Şamaxı" isə 3,925 xalla 323-cü sıradadır.
Reytinqin zirvəsində isə 135,000 xalla "Mançester Siti" qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm