"Qəbələ", "İmişli" və "Karvan"ın Premyer Liqada iştirakına icazə verildi - Rəsmi
Yusif Nəzərli
16:32 08.05.2025
İdman
503
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərarları qəbul edib:
1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.
2. UEFA-nın qadınlar arasında klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Baku Sportinq” FK, “Difai” FK, “İmişli” FK, “Karvan” FK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK, “Şamaxı FK”. Bu isə o deməkdir ki, 1-ci liqanın liderləri “Qəbələ”, “Karvan” və “İmişli” növbəti mövsüm Premyer Liqada çıxış edəcəklər.
4. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Cəbrayıl” FK, “Dinamo” FK, “Hypers Quba” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK, MOİK FK, “Şahdağ Qusar” FK, “Şəfa” FK, “Şəmkir” PFK, “Şimal” FK, “Zaqatala” FK.
5. I Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Araz Saatlı” FK, “Füzuli” FK.
6. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Baku Juniors” FK, “Dirçəliş” FK, “Qəbələ” İK.
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 (on) gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 (beş) gündür.
Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol