Qurban Qurbanov: Yanvardan sonrakı proqramımızdan narazıyıq
Yusif Nəzərli
18:01 11.04.2025
İdman
275
“Hər oyuna hazır heyətlə çıxmağa çalışırıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə “Səbail”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis qələbə münasibəti ilə futbolçularını təbrik edib: “Birinci hissədə öndə idik. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də oyundan çıxmağa qoymadılar. Çox sağ olsunlar”.
Baş məşqçi “Neftçi” ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Yanvardan sonrakı proqramımızdan narazıyıq. Çünki ard-arda 3-4 gün məşq edə bilmirdik. Oyunlar ardıcıl olurdu. Futbolçularla normal məşğul ola bilmirik. “Neftçi” ilə oyuna 8 gün var. Yaxşı hazırlaşacağıq. Məşq ritmini tuta biləcəyik. Kuboka da hazırlaşmağa vaxtımız olacaq. Sıx qrafik olduqda rotasiyalar edirik. Hər oyuna hazır heyətlə çıxmağa çalışırıq. Sadəcə oyunun gedişində müəyyən dəyişikliklər ola bilir. Həm derbiyə, həm də kubok oyununa ciddi hazırlaşırıq. Qarşıda avrokuboklarda oyunlarımız olacaq. Ona görə futbolçular hazır olmalıdır”.
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin iclasında 4-cü dəfədir iştirak etməməsinə görə üzrlü hesab olunması barədə danışıb:
“Heç bir iclasa üzrsüz qatılmadığım olmayıb. Ya avrokubok oyunu olub, ya Tovuzda olmuşam. Demişəm ki, üzrlü sayın, iştirak edə bilməyəcəm. Üzrlü getməmişəm. Futbolçularımın yanında olmaq üçün. Üzrsüz şəkildə heç vaxt belə etməmişəm. AFFA prezidenti Rövşən Nəcəf və digər üzvlər məni anlayışla qarşılayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm