Nəhayət, şücaətli ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xüdafərin körpüləri, Hadrut, Suqovuşan və digər əraziləri, strateji yüksəklikləri azad etdikdən sonra düşmən məğlub olduğunu anlayıb, noyabrın 10-da kapitulyasiya sənədinə imza atdı. Bununla da Azərbaycanın işğal altındakı ərziləri azad olundu. Son 44 gün ərzində 7-dən 70-ə- hər kəs ordumuza, əsgərimizə və bu tarixi qələbənin memarı olan Ali Baş Komandan İlham Əliyevə dəstəyini ifadə etdi. Belə şəxslərdən biri də Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov idi. Vətənə, millətə, dövlətə sevgi və xidməti özünə həyat kredosu seçən F.Umudov bu günlər ərzində həm mediaya verdiyi açıqlamaları, həm də könüllü olaraq cəbhəyə yollanmaqla real dəstəyini göstərdi.
Umudov sözünü tutdu: Zəfər bayrağımızı qalib hərbçilərə əmanət etdi - Fotolar
13:51 15.11.2020
İdman
1174
Bu ilin 27 sentyabrından etibarən erməni təxribatlarına cavab olaraq Azərbaycanın müzəffər ordusu əks-hücuma keçdi. Əlbəttə, bütün əks-həmlə əməliyyatları uğurla başa çatdı və rəşadətli ordumuz düşmən qüvvələrini darmadağın etdi. Hətta vəziyyət o həddə çatdı ki, işğalçı Ermənistan döyüşə, səngərə göndərməyə əsgər belə tapmırdı. Aldadıb döyüşə gətirdikləri isə silahını atıb qaçırdı. Bütün bunlar Azərbaycan əsgərinin güc, qüdrət və rəşadətini aydın şəkildə ortaya qoyur.
Nəhayət, şücaətli ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xüdafərin körpüləri, Hadrut, Suqovuşan və digər əraziləri, strateji yüksəklikləri azad etdikdən sonra düşmən məğlub olduğunu anlayıb, noyabrın 10-da kapitulyasiya sənədinə imza atdı. Bununla da Azərbaycanın işğal altındakı ərziləri azad olundu. Son 44 gün ərzində 7-dən 70-ə- hər kəs ordumuza, əsgərimizə və bu tarixi qələbənin memarı olan Ali Baş Komandan İlham Əliyevə dəstəyini ifadə etdi. Belə şəxslərdən biri də Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov idi. Vətənə, millətə, dövlətə sevgi və xidməti özünə həyat kredosu seçən F.Umudov bu günlər ərzində həm mediaya verdiyi açıqlamaları, həm də könüllü olaraq cəbhəyə yollanmaqla real dəstəyini göstərdi.
Vitse-prezident oktyabrın 9-da "REAL TV"yə müsahibə verib. Söhbət əsnasında F.Umudov üzərində daşıdığı şanlı bayrağımızı nümayiş etdirərək "Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq" deyə vurğulayıb:
"Məqsədimiz və amalımız torpaqlarımızı işğaldan azad etməkdir. Tutduğu vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi vətən eşqi ilə döyünür. İstəyirik ki, torpaqlarımızı işğaldan azad edək.
Yarışlarımızı Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdərə , Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə keçirək və bayrağımızı ucaldaq, himnimzi səsləndirək.
Bu gün uzaqda deyil. Çünki biz Silahlı Qüvvələrin Ali Baş Koamandanı, Prezident İlham Əliyevin bütün sahələrdəki iradə və qətiyyətinə tam güvənirik. Ölkə başçısı dəfələrlə bəyan edib: "Biz bir qarış torpağımızın belə düşmən tapdağında qalmasına imkan verməyəcəyik". Əlbəttə, gün bu gündür. Hər kəs Cənab Ali Baş Komandanın ətrafında müsəlləh əsgər olaraq yumruq kimi birləşərək, səfərbər olunub. Bütün gözlər Qarabağdadır. İndi hamı, hər kəs, hər yer Qarabağdır.
Qeyd edək ki, F.Umudov verdiyi vədlərə əməl edib. O işğaldan azad olunan torpaqlara yollanaraq, beynəlxalq idman turnirlərində dalğalanan zəfər bayrağını DSX-nın Vətən Müharibəsində iştirak edən qalib hərbçilərinə əmanət edib. Və onlar bayraq ətrafına yığışaraq tarixi foto da çəkdiriblər.
F.Umudov həmin fotoları feysbuk hesabında paylaşaraq bunları yazıb:
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandıq. Məhz cənab Prezidentin qətiyyətli qərarları və bu qərarları həyata keçirən Ordumuzun məharəti nəticəsində müqəddəs sərhədlərimizi bərpa edirik. Uzun illər idman yarışlarında fəxrlə dalğalandırdığımız bayrağımızı vətən müharibəsində qələbə qazanmış qardaşlarıma əmanət etdim. Azərbaycan Respublikasına xidmət edirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Amin ! Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya